MHP millət vəkili: “Yaşadığımız proseslər Türkiyəni bölüb-parçalamağa çalışan xainlərin iç üzünü bütünlüklə ortaya çıxardı”

MHP millət vəkili: “Yaşadığımız proseslər Türkiyəni bölüb-parçalamağa çalışan xainlərin iç üzünü bütünlüklə ortaya çıxardı”
# 23 mart 2015 08:26 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. “Yaşadığımız proseslər Türkiyəni bölüb-parçalamağa çalışan xainlərin iç üzünü bütünlüklə ortaya çıxarmışdır. Türkiyəni parçalamağa müvəffəq olmayacaqlar”.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin 57-ci hökumətinin məskunlaşma və abadlaşdırma naziri olmuş, Milliyyətçi Hərəkat Partiyasının Trabzon millət vəkili Koray Aydın HDP həmsədri, millət vəkili Səlahəttin Dəmirtaşın “ermənilərdən üzr istəyib təzminat ödəməyi” tələb etməsi, digər deputat Səbahət Tuncelin isə bununla bağlı Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim etməsinə münasibət bildirərkən deyib.

K. Aydın bildirib ki, cərəyan edən proseslər xainlərin tanınmasına imkanı verib: “Əmin ola bilərsiniz ki, bu proseslər həm də onlarla hesablaşma mərhələsini təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR