Bu il SKMF xətti ilə sahibkarlara 57 milyon manatdan çox güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 57 milyon manatdan çox güzəştli kredit verilib
# 09 iyun 2016 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Ağsu rayonunun Muradlı kəndində keçirilib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, bu il ərzində 1 100-ə yaxın sahibkara 57,3 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.

O qeyd edib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərin, ixtisaslaşdırılmış "yaşıl market"in, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR