Apelyasiya Komitəsi Yozef Blatter və Mişel Platininin müraciətini rədd edib

Apelyasiya Komitəsi Yozef Blatter və Mişel Platininin müraciətini rədd edib
# 18 noyabr 2015 14:23 (UTC +04:00)

Bakı – APA. FİFA-nın Apelyasiya Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platininin müraciətinə baxıb. Apasport.az saytının məlumatına görə, futbol fəaliyyətindən müvəqqəti kənarlaşdırılan sabiq prezidentlər komitədən lazımı cavabı ala bilməyiblər.

Apelyasiya Komitəsi Blatter və Platininin müraciətini rədd edib. Lakin FİFA-nın Arbitraj Palatası qərarı təsdiqləmək, dəyişmək və ya ləğv etmək hüququna malikdi. Həm Blatter, həm də Platini bununla bağlı İsveçrədəki İdman Arbitraj Məhkəməsinə də müraciət edə bilər.

Qeyd edək ki, Blatter və Platini oktyabrın 8-də 90 gün müddətinə vəzifələrindən kənarlaşdırılıb. Bu sanksiya İsveçrə prokurorluğunun Blatterə qarşı qaldırdığı cinayət işi ilə bağlıdı. Blatter Platiniyə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunur. FİFA və UEFA prezidentlərinin vəzifələrini müvəqqəti - müvafiq olaraq kamerunlu İssa Hayatu və ispaniyalı Anxel Mariya Vilyar icra edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR