Ukrayna “Shell” şirkətindən qaz almağa başlayıb

Ukrayna “Shell” şirkətindən qaz almağa başlayıb
# 15 aprel 2015 09:54 (UTC +04:00)

Bakı – APA. Dünyanın iri neft-qaz korporasiyalarından biri, Britaniya-Niderland şirkəti olan “Royal Dutch Shell” aprel ayından etibarən Ukraynaya təbii qaz satmağa başlayıb. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Liqabiznesinform” saytına Enerji və Kömür Sənayesi Nazirliyindəki mənbə məlumat verib.

Qaz Ukraynaya Slovakiya vasitəsilə nəql olunur. Aprel ayında “Shell”in Ukraynaya minimum 120-130 milyon kubmetr qaz verəcəyi bildirilir. Min kubmetrin qiyməti 253 dollara yaxındır.

Qeyd edək ki, 2014-cü il oktyabrın 1-dən Ukrayna Norveçin “Statoil” şirkətindən təbii qaz almağa başlayıb. Bundan başqa, “RWE Supply&Trading”, “GDF Suez”, “E.ON Global Commodities” və digər avropalı treyderlər də Ukraynaya qaz satır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR