Əbülfəs Qarayev yəhudi təşkilatının nümayəndələri ilə görüşüb

Əbülfəs Qarayev yəhudi təşkilatının nümayəndələri ilə görüşüb
# 02 iyun 2016 16:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının baş katibi Assumpcio Hosta və koordinatoru Mixael Mail ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurasının mədəni marşrut layihələrindən biri olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə üzvlüyü və Azərbaycanda Yəhudi Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Qeyd olunub ki, bununla bağlı nazirlik tərəfindən ölkədə mövcud olan yəhudi irsi üzrə müvafiq proqram hazırlanıb.

Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihəyə hazırkı dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edir.

Azərbaycan Qafqazda bu layihəyə qoşulan ilk ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR