ABŞ-da güclü qasırğa olub, ölən və yaralananlar var

ABŞ-da güclü qasırğa olub, ölən və yaralananlar var
# 30 avqust 2015 03:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) baş verən güclü qasırğa nəticəsində 2 nəfər küləyin aşırdığı ağacın altında qalaraq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 2 nəfər xəsarət alıb.

Qasırğa həmçinin 375 min insanı elektrik enerjisiz qoyub. Meteoroqların məlumatına əsasən, avqustun 30-da Vaşinqton ştatında küləyin sürəti saatda 128 km çatıb.

Qasırğa ilə əlaqədar Sietl şəhərində asma körpülər üzərində nəqliyyatın hərəkətinin müvəqqəti olaraq dayandırıldığı bildirilir.

Xatırladaq ki, bu günlərdə ABŞ-da 2005-ci il, avqustun 29-da Nyu Orlean şəhərində baş vermiş “Katrina” qasırğasının qurbanlarının xatirəsi anılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR