“Sazz” şirkətinin baş ofisinə bomba qoyulması barədə polisə məlumat daxil olub

“Sazz” şirkətinin baş ofisinə bomba qoyulması barədə polisə məlumat daxil olub
# 01 noyabr 2014 11:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Sazz” internet şirkətinin baş ofisinə bomba qoyulması barədə polisə məlumat daxil olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 31-də saat 11.37 radələrində “Sazz” internet şirkətindən nazirliyin “102” xidmətinə Nəsimi rayonu ərazisində yerləşən baş ofisə zəng edən naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A. tərəfindən verildiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR