Məşhur “Yeralaş” uşaq kinojurnalının yaradıcısının evi qarət edilib

Məşhur “Yeralaş” uşaq kinojurnalının yaradıcısının evi qarət edilib
# 24 may 2015 12:20 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər açar-seçmə yolu ilə Gilyarovsk küçəsində yerləşən mənzilə girərək 600 min rubl məbləğində oğurluq edib.

Oğurluq barədə polisə adı hələlik açıqlanmayan qonşu qadın müraciət edib. B. Qraçevskidən qarət barədə polisə hər hansı şikayət daxil olmayıb. Onun Çitada ezamiyyətdə olduğu bildirilir. Lakin qadın qarətin nə vaxt baş verdiyi barədə dəqiq tarix göstərməyib. Ehtimala görə, oğurluq hadisəsi 21-23 may aralığında törədilib.

Rusiyanın əməkdar incəsənət xadimi olan B. Qraçevski “Yeralaş” uşaq kinojurnalının bədii rəhbəridir.

Bu yumoristik proqram ilk dəfə 1974-cü ildə efirə çıxıb. Proqramın əsası Aleksandr Xmelik və B. Qraçevski tərəfindən qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR