Ağdaşın Tofiqi kəndinə təbii qaz verilib

Ağdaşın Tofiqi kəndinə təbii qaz verilib
# 04 may 2013 20:07 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunun Tofiqi kəndinə 21 illik fasilədən sonra təbii qaz verilib. APA-nın məlumatına görə, bu münasibətlə mayın 4-də kənddə keçirilən mərasimdə bildirilib ki, əhalinin qazla təmin olunması üçün 24 min 818 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, ümumilikdə 285 mənzilə sayğac quraşdırılıb. Hazırda isə Əmirmahmud, Qarağansaat, Əmrarx, Güvəkənd, Bəyimli kəndlərinin qazlaşdırılması istiqamətində işlər həyata keçirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bu günədək Ağdaş şəhərində, Ləki qəsəbəsində və 34 kənddə 13 min 500 mənzil qazlaşdırılıb. Hazırda rayonda ümumi abonentlərin 65 faizi təbii qazdan istifadə edir.

Sonda kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR