“Bank Melli İran”ın Bakı filialının əksər maliyyə göstəricilərində geriləmə müşahidə olunur

“Bank Melli İran”ın Bakı filialının əksər maliyyə göstəricilərində geriləmə müşahidə olunur
# 24 noyabr 2014 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Melli İran”ın Bakı filialının aktivlərinin həcmi 2014-cü ilin III rübündə 69,129 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,87% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,29% artaraq 5,2 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 1,36% azalaraq 21,206 mln. manat təşkil edib, nizamnamə kapitalı isə dəyişməyərək 22,409 mln. manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 39,69% artaraq 1,571 mln. manat, xərcləri isə 74,22% artaraq 1,874 mln. manata çatıb.

Cari ilin doqquz ayını bank 303,149 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR