Bakıda bacı-qardaş itkin düşüb

Bakıda bacı-qardaş itkin düşüb
# 07 iyul 2015 09:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 49 yaşlı kişi övladlarının itkin düşməsi barədə polis ərizə ilə müraciət edib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Halay Ramazan oğlu Məşədiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, qızı 1996-cı il təvəllüdlü Aytən iyunun 26-da, oğlu 15 yaşlı Eltac isə iyunun 30-da yaşadıqları ikinci Alatava 76 M ünvanından çıxaraq bir daha geri qayıtmayıblar.

Hazırda polis ərizə üzrə araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR