Çarlz Lloyd Bakıda konsert verib

Çarlz Lloyd Bakıda konsert verib
# 31 oktyabr 2015 07:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur caz ifaçısı, caz musiqisinin əfsanəsi hesab olunan Çarlz Lloyd Bakıda konsert proqramı ilə çıxış edib.

APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən konsert proqramı Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.

Çarlz Lloyd və onun kvarteti klassik və müasir caz kompozisiyaları ifa edib.

Ç. Lloydun 1966-cı ildə “Monterey Jazz Festival”ı zamanı qeydə alınan albomu bir milyondan artıq tirajla satılıb. İfaçı “Soyuq müharibə” dövründə Sovet İttifaqında çıxış edən ilk amerikalı musiqiçi olub.

Ç. Lloyd 2015-ci ildə “Jazz Masters” mükafatı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR