Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb
# 04 iyun 2015 03:29 (UTC +04:00)

Bakı-APA. Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.

Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Əməliyyata 180-i dalğıclar olmaqla 4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.

Son məlumatlara əsasən, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR