Azərbaycanda ÜDM istehsalı 3,3% artıb

Azərbaycanda ÜDM istehsalı 3,3% artıb
# 17 noyabr 2015 12:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əlavə dəyərin 33,8%-i sənayedə, 13,8%-i tikintidə, 9,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı,

2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 18,9%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər UDM-in 7,6%-ni təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1% artaraq 4825,3 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR