Azərbaycan deputatları Türkiyədə prezident seçkilərini izləyəcəklər

Azərbaycan deputatları Türkiyədə prezident seçkilərini izləyəcəklər
# 05 avqust 2014 10:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkiyədə keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, seçkiləri Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə izləyəcək deputatlar avqustun 7-dən 13-dək Türkiyədə olacaqlar.

Onlar paytaxt Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR