Ukrayna, Rusiya və AB rəsmiləri Brüsseldə Kiyev və AB arasında imzalanan assosiativ sazişi müzakirə edəcəklər

Ukrayna, Rusiya və AB rəsmiləri Brüsseldə Kiyev və AB arasında imzalanan assosiativ sazişi müzakirə edəcəklər
# 27 avqust 2014 15:07 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Rusiya, Ukrayna və Avropa Birliyi (AB) təmsilçiləri sentyabrda Brüsseldə bir araya gələcək.

APA-nın “İTAR-TASS”-a istinadən xəbərinə görə, bu barədə AB-nin Ticarət məsələləri üzrə komissarı Karel de Quxt bildirib.

Onun sözlərinə görə, Rusiya, Ukrayna və AB təmsilçiləri sentyabrın 12-də AB və Kiyev arasında imzalanan assosiativ sazişi müzakirə etmək üçün Brüsseldə görüşəcəklər: “Ümid edirəm ki, bu razılaşmanın həyata keçirilməsi, AB və Ukrayna arasında azad ticarət zonasının yaradılması ilə bağlı ticarət sahəsində yaranan çətinliklərin aradan qaldırılmasının həll yolunu tapacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR