Bakı Ali Neft Məktəbində Respublika günü ilə bağlı tədbir keçirildi - FOTO

Bakı Ali Neft Məktəbində Respublika günü ilə bağlı tədbir keçirildi - <span style="color: red;">FOTO
# 27 may 2015 12:16 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rektor Elmar Qasımov 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açıb. Elmar Qasımov Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu deyib. Rektor bildirib ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğulayıb. Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququnun verilməsi, Parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu deyib.

Elmar Qasımov Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq, bildirib ki, Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Rektorun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. O qeyd edib ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir və Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR