Latviya prezidenti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub

Latviya prezidenti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub
# 25 aprel 2013 17:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda rəsmi səfəridə olan Latviya prezidenti Andris Berzinş bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilən Latviya rəssamlarının əl işlərindən ibarət “Müasir Latviya İncəsənəti” sərgisinin açılışında iştirak edib və diaspor nümayəndələri ilə görüşüb. APA-nın verdiyi xəbərə görə, Latviya prezidenti Azərbaycan ilə Latviya arasında bütün sahələrdə, o cümlədən mədəniyyət və incəsənət sahəsində inkişafda olan əlaqələri yüksək dəyərləndirib.

Akademiyanın rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov rəhbərlik etdiyi təhsil ocağında sərgilənən Latviya rəssamlarının əl işləri haqqında məlumat verib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də sərginin əhəmiyyətindən danışaraq, burada sərgilənən əsərlərin Latviya müasir incəsənətinin ən gözəl nümunələri olduğunu söyləyib.

Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Latviya İncəsənət Akademiyası arasında mədəni əməkdaşlığa dair saziş imzalanıb.

Latviya prezidenti Andris Berzinşə Azərbaycanda fəaliyyət göstərən Latış cəmiyyətinin bir nömrəli vəsiqəsi təqdim edilib.

Latviya rəssamlarının “Müasir Latviya İncəsənəti” sərgisində sərgilənən 80-ə yaxın əl işləri əsasən şüşə, tekstil və keramikadan ibarətdir.

Qonaqlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin rəsm əsərləri ilə də tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR