Azərbaycan prezidenti “Baku Cristall Holl”da yaradılan şəraitlə tanış olub - VİDEO

Azərbaycan prezidenti “Baku Cristall Holl”da yaradılan şəraitlə tanış olub - <span style="color: red;">VİDEO
# 08 iyun 2015 15:55 (UTC +04:00)

APA-nın məlumatına görə, gənclər və İdman naziri Azad Rəhimov dövlət başçısına burada görülən işlər barədə məlumat verib.

“Baku Cristall Holl”da birinci Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək.

“Baku Cristall Holl”un ətrafında geniş abadlıq işləri aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR