Əbülfəs Qarayev Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb

Əbülfəs Qarayev Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb
# 21 may 2015 13:49 (UTC +04:00)

Nazirliyin informasiya və ictimaiyyətlər əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə. Qarayev bildirib ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın daha inkişaf etdirilməsi hər iki tərəfin marağındadır. Nazir Marqarita Popovanın Qəbələyə və Şəkiyə səfər etməsini, ölkəmizin turizm resursları və mədəni məkanları ilə tanış olmasını müsbət dəyərləndirib.

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın yüksək səviyyədə və geniş heyətlə təmsil olunmasından məmnunluğunu bildirən Ə. Qarayev tədbir çərçivəsində bu ölkənin mədəniyyət və turizm nazirləri ilə səmərəli görüşlər keçirdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Bakıdakı görüşlər zamanı müəyyən razılaşmalar əldə olunub. Bu ilin sonuna qədər Azərbaycanda Bolqarıstanın mədəniyyəti günləri, gələn il isə Bolqarıstanda Azərbaycanın mədəniyyəti günləri təşkil ediləcək. Eyni zamanda iki ölkə arasında infoturların təşkili nəzərdə tutulur.

Bolqarıstanın vitse-prezidenti Azərbaycan bölgələrinə səfərindən zəngin təəssüratla qayıtdığını, Qəbələ və Şəkinin tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduğunu bildirib.

M. Popova əlavə edib ki, Bolqarıstan Azərbaycanla mədəni əlaqələrinin yüksək olmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR