Avropa fond bazarlarında əksər səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb

 Avropa fond bazarlarında əksər səhmlər bahalaşıb, qızıl və gümüş ucuzlaşıb
# 25 mart 2015 07:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. ABŞ fond bazarında Dow Jones indeksi 0,58% - 18 011,14 bəndədək, S&P 500 0,61% - 2 091,50 bəndədək, NASDAQ 0,32% - 4 994,73 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,26% - 7 019,68 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,67% - 5 088,28 bəndədək, Almaniya DAX-ı 0,92% - 12 005,69 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,11% - 19 735,05 bəndədək, Hang Seng 0,41% - 24 499,45 bəndədək artıb, Shanghai 0,89% - 3 658,40 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,60 dollar ucuzlaşaraq 1 188,80 dollara, gümüş isə 0,09 dollar azalaraq 16,90 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR