Stoltenberq: “NATO Ukraynada hərbi isalahatlara yardımını davam etdirəcək”

Stoltenberq: “NATO Ukraynada hərbi isalahatlara yardımını davam etdirəcək”
# 15 iyun 2016 10:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO Ukraynada hərbi islahatlara yardımını davam etdirəcək”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-Ukrayna komissiyasının açılışında çıxış edən alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Biz Ukraynada təhlükəsizliyin vəziyyəti və hərbi islahatlar sahəsində əldə edilən nailiyyətlər barədə müzakirələr aparacağıq. NATO bu islahatları dəstəkləməyə davam edəcək. Öz təhlükəsizliyini təmin etməsi üçün Ukraynanın hərbi imkanlarının yaradılmasına yardım edəcəyik. Ukraynanın şərqində qeyri-stabillik şərtləri altında hərbi islahatların həyata keçirilməsi çətin tapşırıqdır, lakin proses davam etdirilməlidir”, - deyə o bildirib.

NATO-nun Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verdiyini deyən Y. Stoltenberq Alyansın iyulun 8-9-da keçiriləcək Varşava sammitində prezident Pyotr Poroşenko ilə görüşəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR