Bakıda axtarışda olan şəxslər həbs edilib

Bakıda axtarışda olan şəxslər həbs edilib
# 05 sentyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış və İstintaq Şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, 3 avqust 2015-ci il tarixdən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Rəşad Abbasov və 22 iyun 2015-ci il tarixdən axtarışda olan 1970-ci il təvəllüdlü Aqil Qədirov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR