Sabah Azərbaycanda havanın temperaturu 34 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 34 dərəcəyədək yüksələcək
# 14 iyun 2016 10:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20 , gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 15-16-da Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR