Prezident İlham Əliyev “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev  “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 20:57 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Dövlət başçısının sərəncamına uyğun olaraq, respublikanın bir sıra bölgələrində kiçik su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gücü 3,1 meqavat olan “Göyçay” kiçik su elektrik stansiyası isə artıq istismara hazırdır.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlət başçısına məlumat verib

Prezident İlham Əliyev stansiyanı işə salıb.

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR