İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan prezidentini təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycan prezidentini təbrik edib
# 27 may 2015 15:37 (UTC +04:00)

Bakı – APA. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, İyad bin Amin Mədəninin məktubunda deyilir:

“Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizin möhkəm cansağlığı və rifahı, Azərbaycan xalqının inkişafı və çiçəklənməsi üçün Uca Tanrıya dua edirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ilə sıx əlaqələrini yüksək qiymətləndirir. Qurumun fəaliyyətinə verdiyi dəstəyi və İslam ölkələrinin əməkdaşlığının birgə təbliği işində Azərbaycanın rolunu xüsusi təqdir edirik. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-alinizin müsəlman ümməti arasında həmrəyliyin möhkəmləndirilməsinə və bu istiqamətdə yeni üfüqlərin açılmasına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR