Moskvada güclü yanğın baş verib

Moskvada güclü yanğın baş verib
# 04 iyun 2016 01:21 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvada güclü yanğın baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şəhərin qərb bölgəsində, avtomobil ehtiyat hissələrinin anbarında qeydə alınıb.

Yanğın 300 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib, alovun qarşısı alınıb. İlkin məlumata əsasən, zərərçəkən olmayıb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR