ABŞ-da erməni jurnalist Obamanın Sarkisyana ünvanlandığı təbrik məktubunu geri götürməsi tələbi ilə aclıq aksiyasına başlayıb

ABŞ-da erməni jurnalist Obamanın Sarkisyana ünvanlandığı təbrik məktubunu geri götürməsi tələbi ilə aclıq aksiyasına başlayıb
# 19 mart 2013 11:59 (UTC +04:00)

APA-nın “Arminfo” saytına istinadən verdiyi məlumata görə, A.Manukyan bildirib ki, S.Sarkisyanın bu ilin fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırması ilə bağlı dəqiq məlumatlara malikdir: “ABŞ hökuməti bilir ki, Serj Sarkisyan postsovet məkanında ən korrupsioner ölkə başçısıdır. Ermənistanda bir nömrəli oliqarx sayılan Sarkisyan qanunlardan istifadə edərək biznes üzərində tam nəzarət almaq üçün seçkiləri saxtalaşdırır”.

Jurnalist əlavə edib ki, aclıq aksiyasını ABŞ prezident öz təbrikindən imtina edənədək davam etdirəcək: “Barak Obamanın təbriki bu saxta seçkiləri leqallaşdırır”.

Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, Serj Sarkisyan ilk turda səslərin 58,64%-ni yığaraq qalib elan edilib. Seçkilərdə ikinci yeri 36,75% səslə “İrs” partiyanın lideri Raffi Ovannisyan tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR