Neyrocərrahiyyə Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO

Neyrocərrahiyyə Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı”  mövzusunda maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 27 avqust 2014 13:55 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın məlumatına görə, tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları iştirak edib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib.

Tədbir nəzəri və praktik olmaqla, iki hissədən ibarət olub. Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar olub. Çıxışlar zamanı tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib. Çıxışlardan sonra FHN-in fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə video-çarxlar nümayiş etdirilib.

Tədbirin praktik hissəsi zamanı institutun həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin maarifləndirmə xarakterli buklet və plakatları, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnika və vasitələri nümayiş etdirilib, onlardan istifadə qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR