Saymon Kleq: “Bağlanış mərasimindən sonra istirahətə gedəcəyəm, buna haqqım var”

Saymon Kleq: “Bağlanış mərasimindən sonra istirahətə gedəcəyəm, buna haqqım var”
# 27 iyun 2015 08:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Sosial şəbəkələrdə bağlanış mərasiminə biletlərin yenidən satılması barədə xəbərimiz var”. APA-nın məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, belə hallar yolverilməzdir: “Müvafiq qurumlarla әmәkdaşlıq edәrәk bunun qarşısını almağa çalışırıq”.

S. Kleq ötən gün mükafatlandırma mərasimində Rusiya himni səslənərkən ukraynalı idmançının Rusiya bayrağına tərəf üzünü çevirməməsindən xəbərdar olmadığını söyləyib: “Bu məsələdən bixəbərəm. Təşəkkür edirəm ki, məlumat verdiniz. Bu məsələyə diqqət yetiriləcək. Ehtiyac olduqda Avropa Olimpiya Komitәsinә məlumat verəcəyəm. Bütün hallarda bu, hörmәtsizlikdir”.

S. Kleq Avropa Oyunlarının bağlanış mərasimindən sonra istirahətə yollanacağını açıqlayıb: “Yəqin bir çox insan razılaşar ki, buna haqqım var. Azәrbaycan mәnim hәyatımda böyük rol oynayıb. Mәn vә ailәm son 18 ayda Bakını ikinci vәtәnimiz bilmişik. Azərbaycan gözәl ölkәdir, parlaq gәləcәyi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR