Qaxda naməlum şəxslər 37 yaşlı kişini döyərək, ağır xəsarət yetiriblər

Qaxda naməlum şəxslər 37 yaşlı kişini döyərək, ağır xəsarət yetiriblər
# 18 avqust 2015 09:45 (UTC +04:00)

Qax. Vüqar heydərov-APA. Qaxda 37 yaşlı kişi naməlum şəxs və yaxud şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 17-də saat 23:50 radələrində rayonun Ləkid kənd sakini, 1978-ci il təvəllüdlü Vüsal Teymur oğlu Hacıyev bədənin baş nahiyəsinin müxtəlif dərəcəli xəsarətləri və zərbənin gücündən dişlərin tökülməsi əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, döyülüb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Vüsal Hacıyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qax rayon Polis Şöbəsindən APA-ya döyülmə faktı təsdiqlənib, araşdırma aparıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR