Azərbaycanda parlament seçkiləri ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq
# 21 sentyabr 2015 10:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) ilə Mərkəzi Seçki Komissiyasının (MSK) Gəncədə keçirdiyi zona müşavirəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov bildirib.

O qeyd edib ki, seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

H. Eyvazov bildirilib ki, DİN-in bütün orqan və nizami polis hissələri oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR