Bakıda Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 25 may 2015 12:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşı Kençoşvili Zviad Varlamoviçi qətlə yetirməkdə təqsirləndirilən Emin Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. E. Xudaverdiyev isə ifadəsində özünü təqsirli bildiyini qeyd edərək bildirib ki, Z. Kençoşvilini öldürmək fikri olmayıb.

Məhkəmə prosesi iyunun 1-də davam etdiriləcək.

Qeyd edək ki, E. Xudaverdiyev Gürcüstan vətəndaşı Kençoşvili Zviad Varlamoviçi münqaişə zəminində daşla vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR