Bakıda “Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda seminar keçirilir

Bakıda “Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda seminar keçirilir
# 19 noyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 18-20-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Əqli Mülkiyyətin Mühafizəsi” mövzusunda Avropa İttifaqının TAİEKS aləti çərçivəsində 3 günlük seminar təşkil olunub.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, tədbirin məqsədi iştirakçılara əqli mülkiyyətin mühafizəsi sahəsində prinsiplər və metodlar haqqında geniş məlumat verməkdir.

Seminar Danimarkanın Patent və Əmtəə Nişanı İdarəsinin mütəxəssisi Mogens Baltsenin iştirakı ilə aparılır. Seminar ərzində Danimarkanın Patent və Əmtəə Nişanı İdarəsinin fəaliyyəti, həmçinin patent ekspertizası sahəsində təcrübə, terminologiyanın və fəaliyyətin təqdimatı və bu mövzu ilə əlaqədar yeniliyin axtarışı, ekspertlərin istifadə etdikləri məlumat bazaları, axtarış strategiyaları, axtarışın sənədləşdirilməsi, nümunələr və baxılan işlər, patent qabiliyyətinin qiymətləndirilməsi və digər mövzularda mühazirələr dinlənilir.

Tədbirdə Komitənin əməkdaşları ilə yanaşı, “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin(AzPatentin), müvafiq özəl sektor və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR