Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
# 04 noyabr 2015 06:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün noyabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 3-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0066 manat və ya 0,57% azalaraq 1,1492 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82% artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR