l Avropa Oyunları məşəlinin gətirilməsi ilə əlaqədar Bakının mərkəzi yolları bağlanacaq

l Avropa Oyunları məşəlinin gətirilməsi ilə əlaqədar Bakının mərkəzi yolları bağlanacaq
# 05 iyun 2015 15:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. l Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtının bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində, iyunun 6-dan 7-nə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-dən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə iyunun 10-da Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bülbül Prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq Prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkbərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR