Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər Dini-Psixoloji Komissiyadan keçəcək

Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər Dini-Psixoloji Komissiyadan keçəcək
# 30 iyun 2015 08:45 (UTC +04:00)

Universitetdən APA-ya verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015-2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9-dan 13-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, 17 may 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR