Ötən il Azərbaycanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində 2 723 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib

Ötən il Azərbaycanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində 2 723 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib
# 09 mart 2015 07:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu rəqəm Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında əksini tapıb.

2 723 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib və bu ərazilər tam təhlükəsiz vəziyyətdə yerli icra orqanlarına təhvil verilib.

Bundan başqa, Dövlət Neft Şirkətinin müraciəti əsasında Səngəçalda yeni tikiləcək qaz terminalı ərazisində 19 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, hesabat martın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR