Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçib

Hindistanda anomal istidən ölənlərin sayı 1400 nəfəri keçib
# 28 may 2015 13:22 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ölkə rəsmiləri Andxra Pradeş və Telenqada ştatlarında istiliyin 47 dərəcəyə çatdığını bildiriblər. İlkin statistikaya görə, ölənlərin sayı 1412 nəfərdir. İstidən həyatını itirənlər əsasən inşaat işçiləri və evsizlərdir.

Meteoroloji Departamentin əməkdaşları anomal istilərin bir neçə gün davam edəcəyini bildiriblər.

Temperaturun növbəti həftədən etibarən düşməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR