Azərbaycan «Böyük Qayıdış» Proqramı hazırlayacaq

Azərbaycan «Böyük Qayıdış» Proqramı hazırlayacaq
# 13 dekabr 2012 14:29 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında nəzərdə tutulub.

Sənədə əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sıx məskunlaşdığı məkanlarda sosial infrastrukturun təkmilləşdirilməsi, həmçinin məşğulluğun artırılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, mikrokreditlərin verilməsi, məcburi köçkün gənclərin dəstəklənməsi, peşə təlimi və s. kimi tədbirlərlə yanaşı, icmaların inkişafı, təhsil, səhiyyə proqramlarının genişləndirilməsi, yararsız binalarda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri üçün yeni binaların tikintisi və müvafiq avadanlıqlarla təchiz edilməsi həyata keçiriləcək.

Bundan başqa, sənədə əsasən, beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, xüsusən BMT-nin Qızıl Aypara Komitəsi və digər beynəlxalq humanitar yardım təşkilatları ilə birlikdə Böyük Repatriasiya («Böyük Qayıdış») Proqramı hazırlanacaq və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR