Azərbaycanda sement istehsalı 40%-ə yaxın artıb

Azərbaycanda sement istehsalı 40%-ə yaxın artıb
# 18 dekabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 19,8% artaraq 417,4 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayı ərzində ölkədə 2 715,1 min ton sement istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,0% çoxdur.

Bu müddət ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 45,4% artaraq 31,7 min ton olub. Bu il ərzində hörmə üçün hazır beton qarışığının istehsalı da 24,3% artaraq 1 554,5 min təşkil edib. Bu ilin 11 ayı ərzində ölkədə asfalt istehsalı 1% artaraq 372,3 min ton təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti gipsi, tikinti kərpici və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı azalıb.

Belə ki, bu ilin 11 ayı ərzində tikinti gipsinin istehsalı 26,8% azalaraq 172,7 min ton, tikinti kərpicinin istehsalı 26,9% azalaraq 265,1 min kubmetr və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 70,0% azalaraq 4 666,7 min təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR