Azərbaycanın birinci xanımı “Eurovision Bakıda” filminin və kitabının təqdimatında iştirak edib - FOTO

Azərbaycanın birinci xanımı “Eurovision Bakıda” filminin və kitabının təqdimatında iştirak edib - <span style="color: red;">FOTO
# 03 may 2013 16:05 (UTC +04:00)

APA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Təşkilat komitəsinin üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” Mahnı Müsabiqənin hazırlıq prosesindən danışılıb, ölkənin müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.

Tədbirin davamında müsabiqəyə hazırlıq proseslərinin geniş yer aldığı “Eurovision Bakıda” filmi nümayiş olunub.

Filmdə «Baku Crystal Hall»ın tikintisindən tutmuş müsabiqəyə hazırlıq prosesi, təmsilçilərin və nümayəndə heyətlərinin, Avropa Yayım Birliyi rəhbərlərinin Azərbaycanın yüksək səviyyədə ev sahibliyi ilə bağlı fikirləri yer alıb.

“Eurovision Bakıda” adlı kitab da ümumilikdə müsabiqənin hazırlığına və təşkilinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR