Qazaxda zəncirvarı qəza baş verib, yaralılar var

Qazaxda zəncirvarı qəza baş verib, yaralılar var
# 10 noyabr 2014 09:01 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Qazaxda biri avtobus olmaqla üç avtomobil toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosunun verdiyi məlumata görə, Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Süleyman Cəfərovun idarə etdiyi "Niva" markalı avtomobillə toqquşub. Sonra avtobus yolun kənarında dayanan, Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Tahir İsmayılova məxsus "VAZ-2107"yə dəyərək onu dərəyə aşırıb.


Qəza nəticəsində "Niva"nın sürücüsü Süleyman Cəfərov və onun sərnişini, 1978-ci il təvəllüdlü Ramin Qasımov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəstəxanadan yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR