Udmurtiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Udmurtiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
# 06 may 2015 09:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiya Federasiyasının Udmurtiya Respublikasında axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Udmurtiya Respublikasının daxili işlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saxlanılan 41 yaşlı şəxs 2011-ci ildən Azərbaycanda axtarışda olub, lakin Rusiya ərazisində gizlənib.

Adı açıqlanmayan şəxsin “Kamaz” markalı yük maşını oğurlamaqda ittiham edildiyi, Udmurtiyanın İjevsk şəhərində kirayə yaşadığı evdə polis əməkdaşları tərəfindən yaxalandığı və Azərbaycana ekstradisiya olunacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR