Brüsseldə “Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş” mövzusunda foto sərgi keçirilib

Brüsseldə “Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş” mövzusunda foto sərgi keçirilib
# 01 iyun 2015 10:36 (UTC +04:00)

Azərbaycanın NATO yanında Nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndəlik tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisinin dəstəyi ilə keçirilən sərgidə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərini, o cümlədən siyasi dialoq, əməliyyatlara töhfə, mülki fövqəladə planlama, ictimai diplomatiya və müdafiə sahəsində əməkdaşlığı əks etdirən fotolarla yanaşı, Azərbaycan Avropa Cəmiyyəti tərəfindən I Avropa Oyunları ilə bağlı keçirilmiş fotoqrafiya müsabiqəsində seçilmiş fotolar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunlarının təbliğatı məqsədi ilə təşkil olunmuş fotoqrafiya müsabiqəsində 10 ölkədən 50 fotoqraf 300-dən artıq foto ilə iştirak edib. Müsabiqədə seçilmiş 65 ən yaxşı foto Avropanın müxtəlif ölkələrində nüfuzlu qalereyalarda nümayiş olunub.

Sərgidə həmçinin I Avropa Oyunları ilə bağlı video çarx göstərilib və çap materialları yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR