Kerri: Kuba ilə münasibətlərin normallaşması uzunmüddətli və mürəkkəb olacaq

Kerri: Kuba ilə münasibətlərin normallaşması uzunmüddətli və mürəkkəb olacaq
# 21 iyul 2015 04:39 (UTC +04:00)

Bakı-APA. ABŞ və Kuba arasında münasibətlərin bərpa olunmasına baxmayaraq, əlaqələrin normallaşması prosesi hələ başa çatmayıb, ölkələr arasında əhəmiyyətli fikir ayrılıqları qalmaqdadır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Con Kerri kubalı həmkarı Bruno Rodriqes ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Şübhəsiz, ABŞ və Kuba arasında münasibətlərin tam normallaşması prosesi davam etdiriləcək, bu proses uzunmüddətli və mürəkkəb ola bilər. Bu yolda, çox ehtimal ki, çala-çuxurlar və məyusluq məqamları olacaq. Təmkinli olmaq gərəkdir. Lakin bunların hamısı bu səyahəti başlamaq üçün daha böyük zəmin yaradır”, deyə Kerri qeyd edib.

Kerri həmkarını Vaşinqtonda səfirliyin açılması münasibəti ilə təbrik edib və avqustun 14-də ABŞ-ın Havanadakı səfirliyi üzərində bayraq ucaltmaq məqsədi ilə Kubaya etmək niyyətində olduğunu təsdiqləyib.

Kerri Rodriqes ilə keçirilən görüşü yüksək qiymətləndirərək konstruktiv adlandırıb. Tərəflər ikitərəfli əlaqələri və bölgədəki aktual məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR