Kolumbiyada terror aktı nəticəsində 86 nəfər yaralanıb

Kolumbiyada terror aktı nəticəsində 86 nəfər yaralanıb
# 12 noyabr 2012 22:57 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın Kauka departamentinin Suares yaşayış məntəqəsində güclü partlayış baş verib. Partlayış nəticəsində 26 nəfər yaralanıb.

Şəhər merinin sözlərinə görə, yaralananlar arasında bir neçə polis nəfəri də var. Əldəqayırma partlayıcı qurğu polis məntəqəsinin yaxınlığında dayanmış avtomobildə olub. Bomba məsafədən partladılıb.

Daha sonra terrorçular qonşu binanı atəşə tutublar. Nəticədə 60 nəfər yaralanıb.

Rəsmilər partlayışa və hücuma görə məsuliyyəti Kolumbiya İnqilabi silahlı qüvvələrinin üzərinə qoyublar. Bu təşkilat 1964-cü ildən etibarən hökumətə qarşı «sosial ədalət və bərabərlik» cəmiyyəti»nin qurulması uğrunda mübarizə aparır.

Bu həftə Kubanın paytaxtı Havanada Kolumbiya hökuməti və KİSQ arasında sülh danışıqlarının ikinci raundu olacaq. İlk raund oktyabr ayında Norveçin paytaxtı Osloda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR