Salyanda “VAZ-2101” markalı avtomobil yanıb

Salyanda “VAZ-2101” markalı avtomobil yanıb
# 17 oktyabr 2014 00:57 (UTC +04:00)

Bakı-APA. Salyanda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Noxudlu kəndində vətəndaşa məxsus “VAZ-2101” markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR