Azərbaycanın Bişkekdəki səfiri Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Azərbaycanın Bişkekdəki səfiri Qırğızıstan parlamentinin sədri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 30 aprel 2013 13:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Asılbek Jeenbayevlə görüşüb.

APA-nın Qırğız Respublikası parlamentinin saytına istinadən məlumatına görə, görüşdə Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kurmanbek Dıykanbayev də iştirak edib.

A.Jeenbayev əvvəlcə səfir vəzifəsinə təyinatı ilə bağlı H.Orucovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Parlament sədri iki ölkə arasında mədəni, humanitar, ticarət-iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. A.Jeenbayev bu il ərzində Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyini bildirib. O əlavə edib ki, iclasda bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.

Öz növbəsində H.Orucov A.Jeenbayevi əmin edib ki, iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək. Səfir parlament sədrini gələcək tədbirlər, xüsusilə Qırğızıstan-Azərbaycan biznes-forumu barədə məlumatlandırıb. Mədəni-humanitar sahəsində əməkdaşlıq barədə danışan H.Orucov qeyd edib ki, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun şəxsiyyətinə Azərbaycanda böyük hörmətlə yanaşırlar, onun yaradıcılığını bəşəriyyətin irsi kimi dəyərləndirirlər. Xalqlararası əlaqələrə toxunan səfir bildirib ki, Qırğızıstanda bütün etnoslara, o cümlədən azərbaycanlılara öz mədəniyyətini qorumaq üçün bütün şəraitlər yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR