QAT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayandırılması və hərbi əməliyyatlara başlanması tələbi ilə bəyanat verib

QAT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayandırılması və hərbi əməliyyatlara başlanması tələbi ilə bəyanat verib
# 15 noyabr 2012 13:25 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dayandırılması və hərbi əməliyyatlara başlanması tələbi ilə bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycan özünü aldatmamalı, ermənilərin sülh yolu ilə torpaqlardan çıxacağına ümid etməməlidir: “Uruqvayın parlament sədri Azərbaycanı saymadan Dağlıq Qarabağa gedir, özü də bu, artıq hansısa deputatın deyil, rəsmi dövlət adamının səfəridir. Serj Sərkisyan bizi müharibə ilə hədələyir, Xankəndi aeroportunu açmağa hazırlaşır. Bako Saakyan Uruqvayla müstəqil dövlət kimi əlaqələrindən danışır. Biz hakimiyyəti işğalçı Ermənistan qarşısında qətiyyətsizlikdə ittiham edirik. Serj Sərkisyan, Edvard Nalbandyan, Şavarş Koçaryan, Bako Saakyan kimilərin hədyan sözlərini, təhqirlərini eşitmirsinizmi, onların bu həyasızlıqlarına nə vaxta qədər dözəcəksiniz? Nə üçün özünüzdə cəsarət tapıb müharibəni başlamırsınız?”.

Bəyanatda Azərbaycan cəmiyyətində ermənilərlə dialoq, “xalq diplomatiyası” aparmağın tərəfdarı olan QHT və partiya rəhbərlərini, vətəndaş cəmiyyətinin nümayəndələri isə milli maraqlara xəyanətdə ittiham edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR